Türkiyədə koronavirusla bağlı son vəziyyət

 21:24 03.09.2020     351

Son gün ərzində Türkiyədə koronavirusdan daha 49 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6511 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1642 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 248 min 87-ə yüksəlib. //Report.az