Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?

 09:38 04.09.2020     2071

Türkiyə Aralıq dənizində hərbi cəhətdən mövqeyini daha da gücləndirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber 7” nəşri məlumat yayıb.

Türkiyənin həm Şimali Kiprdə, həm də Liviyada dəniz və hava bazası yaradacağı bildirilib:

“PUA bazası olaraq istifadə edilən “Geçitqala”nın inkişaf etdirilməsi, Şimali Kiprə əlavə hərbi birləşmələrin və zirehli texnikanın göndərilməsi, raket sistemlərinin yerləşdirilməsi gündəmdədir. Bu müddət ərzində 42 ildir bağlı qalan Maraş da turizmə açılacaq. “İncirlik” hərbi bazasının statusu da yenidən nəzərdən keçiriləcək. Bundan başqa, Liviya ilə münasibətlər dərinləşəcək və Türkiyə bu ölkədəki hərbi fəaliyyətini artıracaq. Həmçinin, Şərqi Aralıqda yeni bölgələrdə NAVTEX vasitəsilə elan veriləcək. Bölgədə təlimlərlə birgə, qaz yataqları ilə bağlı tədqiqatlar da aparılacaq”.

Nəşr yazıb ki, S-400 sistemlərinin Aralıq dənizinin şərq hissəsini əhatə edəcək formada aktivləşdirilməsi planlaşıdırılır. Bundan başqa, Rusiya ilə ikinci S-400 sistemləri ilə bağlı anlaşma da gündəmdədir.

Nəşr iddia edir ki, Türkiyə Moskvadan 5-ci nəsil qırıcıları da satın ala bilər. //Axar.az

Ermənistan atəşkəsi 57 dəfə pozub - Müdafiə Nazirliyi

 09:26 04.09.2020     2536

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.