Koronavirusdan ölənlərin sayı artdı - Ermənistan

Ermənistanda son sutka ərzində 190 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Redaktor.az-ın verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 44 461 nəfərə çatıb.
Ermənistanda son sutkada daha 4 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 891 nəfərə çatıb.