Tbilisidə partlayış baş verib - YENİLƏNİB

Tbilisidə partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, partlayışın baş verdiyi ərazini polis mühasirəyə alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
21.22
Bu dəqiqələrdə Gürcüstanın paytaxtı Tbilisidə, Filarmoniya binası yaxınlığında partlayış baş verib.
Redaktor.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım maşınları cəlb edilib. Yaralıların olduğu bildirilir. Partlayışın səbəbi məlum deyil. //APA