Rekord sayda koronavirusa yoluxma qeydə alınıb - Ukrayna

 18:30 04.09.2020     154

Ukraynada son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, ötən gün ölkədə 2 723 nəfər virusa yoluxub. Son 3 gün ərzində yoluxanların sayı 7,6 min nəfəri keçib.

Bu günədək Ukraynada 130 951 koronavirusa yoluxub, 2 761 nəfər isə virusun qurbanı olub.

Ölkədə koronavirusdan sağalanların sayı 60 min nəfəri keçib. //Trend.az