Kanadada yaşayış binasında atışma - 5 ölü, 1 yaralı var

 20:10 04.09.2020     372

Kanadanın Toronto şəhərinin şərqində yerləşən rayonların birində yaşayış binasında baş vermiş atışma nəticəsində beş nəfər ölüb, bir nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı CTV kanalı yayıb.

Hadisə gecə saatlarında baş verib. Hadisə yerinə gələn polis əməkdaşları orada beş nəfərin cəsədini aşkarlayıb, onlardan üçü yeniyetmədir. Atışma nəticəsində ağır xəsarət alan daha bir qadın xəstəxanaya çatdırılıb.

Polislər öldürülənlərdən birinin atəş açan şəxsin olduğunu istisna etmir. //APA