Venesuela prezidenti 8 yeni nazir təyin edib

 06:35 05.09.2020     148

Venesuela prezidenti Nikolas Maduro dekabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak üçün istefaya gedən 8 nazirin yerinə yeni nazirlər təyin edib.

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə Venesuela prezidenti öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, mədənçilik sənayesinin ətraf mühit inkişafı naziri Maqali Hosefina Enrikes Qonsales, idman və gənclər naziri Mervin Enrike Maldonado Urdaneta, qadın və gender bərabərliyi naziri Karolis Elena Peres Qonsales, rabitə və informasiya naziri Freddi Alfred Nazaret Nanyes Kontreras, şəhər kənd təsərrüfatı naziri Qreysis Dayamni Barrios Prada, kommunalar və sosial hərəkatlar naziri Noris Errera Rodriges, həbsxanalar məsələləri üzrə nazir Mirelis Sulay Kontreras Moreno, yerli xalqların məsələləri üzrə nazir Yamilet Mirabal de Çirino təyin ediliblər.

Bundan əlavə, N.Maduro Xose Adelino Ornelas Ferreyranı baş komandanın qərargah rəisi təyin edib. //Trend.az