İranda partlayış zamanı 230 nəfər zəhərlənib

 09:29 05.09.2020     272

İranda qaz tankerinin partlaması nəticəsində 230 nəfər  zəhərlənib, 2 nəfərin vəziyyəti ağırdır.

Redaktor.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım şöbəsinin sözçüsü Müctəba Xaledi “Mehr” xəbər agentliyinə açıqlamasında qeyd edib. O, zəhərlənənlərin qısa müddətdə xəstəxanalara yerləşdirildiyin bildirib:

“Partlayış səbəbindən 115-ci İlam Təcili Tibbi Yardım stansiyası hazır vəziyyətə gətirildi və dərhal zəhərlənənləri hadisə yerindən daşımaq  üçün yardımçı qüvvələr göndərildi”.

M. Xaledi əlavə edib ki, 12 nəfər helikopterlə xəstəxanaya çatdırılıb:

“Astma xəstəliyi olan 2 nəfərdən başqa digərlərinin ümumi vəziyyəti yaxşıdır, reanimasiya şöbəsində müalicə alırlar.

Hadisə ilə bağlı araşdırma başlanılıb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən