Koronavirusa yoluxanların sayı 1600-ü ötdü - Gürcüstan

Gürcüstanda daha 25 nəfərə koronavirus diaqnozu qoyulub, 8 pasiyent müalicə olunaraq sağalıb.
Redaktor.az xəbər verir ki, qonşu ölkədə koronavirus səbəbi ilə hazırda 6144 nəfər karantində saxlanılır, 292 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1302 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.