Ermənistanda yoluxanların sayı 44 mini ötüb - COVID-19

Ermənistanda daha 188 nəfərdə koronavirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 min 649-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 895-ə çatıb. İndiyədək 39 min 823 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 3656 aktiv koronavirus xəstəsi var. //Report