Rusiyada daha 5 200 nəfər koronavirusa yoluxub

 14:15 05.09.2020     328

Rusiyada koronavirusa yoluxanların sayı 1,02 milyon nəfəri keçib.

Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 5 205 nəfər virusa yoluxub, 110 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 milyon 20 min 310 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 759 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 838 126 nəfər virusdan sağalıb, 164 min 425 nəfərin müalicəsi isə davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən