Türkiyədə son sutkada 56 nəfər koronavirusdan ölüb

 22:56 05.09.2020     301

Türkiyədə son sutka ərzində koronavirusdan daha 56 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 99 497 şübhəli koronavirus testindən keçib, onlardan 1673-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1091 nəfər olub, 984 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 278 228 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 250 092 nəfər sağalıb, 6620 nəfər ölüb.

Nazir bildirib ki, bu xəstəlikdən ölənlərin sayı son 3,5 aydan sonra ilk dəfə 50-ni keçib.

F.Qoca, həmçinin Türkiyədə adət-ənənələrin, bayramların, toplu şəkildə dini ibadətlərin, toy-yas mərasimlərinin məhdudiyyətsiz davam etməsinin COVID-19-un sürətlə yayılmasına səbəb olduğunu deyib.