Jerar Depardye dini məzhəbini dəyişdi

 00:41 06.09.2020     527

Məşhur fransız aktyoru Jerar Depardye Rusiya vətəndaşlığını qəbul etdikdən bir neçə il sonra dini məzhəbini də dəyişib.

Redaktor.az xəbər verir ki, Depardye xristianlığın provaslıq qolunu qəbul edib. Mərasim Parisin tarixi mərkəzində yerləşən Müqəddəs Aleksandr Nevski kilsəsində baş tutub.

Kilsə nümayəndəsinin sözlərinə görə, mərasimdə artistin 30-a nəfərə yaxın dostları iştirak edib. O qeyd edib ki, Depardyenin vəftiz zamanı aldığı adı açıqlaya bilməz.

Qeyd edək ki, 71 yaşlı Depardye karyerası boyu 200 filmdə çəkilib, teatr tamaşalarında oynayıb. O, “Qızıl qlobus” da daxil olmaqla, müxtəlif mükafatlara layiq görülüb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən