Serbiyada atışma baş verib

 00:16 06.09.2020     389

Serbiyanın paytaxtı Belqradda baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin RTS televiziyası bildirib.

Atışma Vojdovats rayonunda baş verib. Hücum naməlum şəxs tərəfindən həyata keçirilib. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb, onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis hadisəni araşdırır və hücum edən şəxsin axtarışını aparır. //Trend