Çilidə güclü zəlzələ baş verib

 09:05 06.09.2020     355

Çilidə 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Ovalye şəhərindən 46,5 km şimal-qərbində olub. Zəlzələnin ocağı 27,2 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. //Trend