Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 29 yoluxma halı qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, qonşu ölkədə koronavirusa yoluxanların sayı 1650 nəfərə çatıb.
Gürcüstanda koronavirusla əlaqədar hazırda 6020 nəfər karantində saxlanılır, 299 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Yoluxanlardan 1310 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir //APA