Ukraynada koronavirusa yoluxan daha 35 nəfər ölüb

 17:14 06.09.2020     299

Ukraynada ötən sutka ərzində 2 107 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 135 min 894 nəfərə çatıb.

Ötən sutka virusa yoluxan 35 nəfər həyatını itirib. Bununla da Ukraynada COVİD-19-dan ölənlərin sayı 2 846 nəfərə çatıb.

Ukraynada koronavirusa yoluxan 135 min 894  nəfərdən 62 227 nəfər sağalıb.