Türkiyədə koronavirusdan daha 53 nəfər ölüb

 19:53 06.09.2020     144

Türkiyədə son sutka ərzində koronavirusdan 53 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda  96 842 şübhəli koronavirus testindən keçib, onlardan 1578-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1102 nəfər olub, 1013 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 279 min 806  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 251 min 105 nəfər sağalıb, 6673 nəfər ölüb.

Nazir bildirib ki, son həftədə sutkalıq xəstə sayı ən çox artan vilayətlər  Van, Karaman, Erzincan, Çankırı və Kayseridır. Ağır xəstə sayı ən çox artan vilayətlər  isə İstanbul, Ankara, Konya, Erzurum və Yozgatdır. 

Nazir bir daha vurğulayıb ki, tədbirlərə birlikdə əməl edilsə, COVID-19-a qalib gələrik //APA