Minskdə prezident iqamətgahına yürüş dağıdılıb

 01:44 07.09.2020     263

Minskdəki bazar günü günortadan sonra müxalifət qüvvələrinin növbəti icazəsiz mitinqi başlayıb.

Redaktor.az xəbər verir ki, aksiyanın dağıdılması üçün polis və Daxili qoşunların şəxsi heyəti hərəkətə keçib.

Etirazçılar Belarus Prezidenti Aleksandr Lukaşenkonun istefasını tələb etmək üçün Prezident iqamətgahına üz tutub. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yürüşün qarşısı alınıb və mitinq dağıdılıb. //APA