Bağdad aeroportu raket atəşinə tutulub

 04:18 07.09.2020     484

Bağdad Beynəlxalq Hava Limanı raket hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Şəfəq Nyus” məlumat yayıb.

Belə ki, Əbu-Qreyb rayonundan 3 raket buraxılıb. Raketlərdən biri mülki dayanacağın ərazisinə düşüb və nəticədə 4 maşın zərər görüb.

Yaralılarla bağlı məlumat verilmir. Bildirilir ki, hücumun hədəfi aeroport ərazində amerikalı və iraqlı hərbçilərin yerləşdiyi hərbi baza olub. //Axar.az