Bu ölkədə 30 illik İslami hakimiyyət sona çatdı

Sudan hökuməti ölkədəki 30 illik İslami idarəetməyə son qoyub.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudanın prezidenti Abdulla Hamdok və digər hakimiyyət nümayəndələri ölkənin idarəetmə sistemində dəyişiklik edərək, yeni bəyənnamə qəbul edib. Sudan vətəndaşlarının hüquqlarının təmin edilməsi və ölkədə demokratiya yaratmaq məqsədilə din və dövlətin biri-birindən ayrılmasına qərar verilib.
Qeyd edək ki, sözügedən ölkəni 1989-cu ildən bəri idarə edən Ömər Əl Bəşir rejiminə, 2019-cu ildə kütləvi xalq hərəkatı və hərbi çevrilişlə son qoyulub. Ö. Bəşər, korrupsiya əməlləri ilə ittiham edilərək vəzifəsindən uzaqlaşdırılıb və onun Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təhvil veriləcəyi bildirilib.
Lalə Cəfərli / Redaktor.az