Millət vəkili karantində oğluna toy etdi - "Yaxşı etmişəm..."

 13:55 07.09.2020     988

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli millət vəkili Cemil Yaman 1500 nəfərin iştirakı ilə oğlu Həsən Hüseyn Yamana toy edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, C. Yamanın pandemiya dövründə oğluna toy etməsi insanlar arasında müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı danışan C. Yaman əməlindən peşman olmadığını bildirib:

“Yaxşı etmişəm, peşman deyiləm, oğlumu evləndirdim. Pandemiya qaydalarına riayət etmişəm. Heç kəsi maskasız içəri buraxmadıq. Toy 10 hektarlıq ərazidə baş tutdu və qapının girişində hamının hərarətini ölçdük. Bundan başqa, 15 nəfərlik stollarda maksimum 5-6 nəfər oturub. Toy 1 saat 15 dəqiqə davam edib”.

Lalə Cəfərli / Redaktor.az