Türkiyədə son sutkada 1703 nəfərə COVID-19 diaqnozu qoyulub

 22:16 07.09.2020     317

Türkiyədə son sutka ərzində koronavirusdan daha 57 nəfər ölüb.

Redaktor. az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 103 925 şübhəli koronavirus testindən keçib, onlardan 1703-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1118 nəfər olub, 1047 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 281 509 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 252 152 nəfər sağalıb, 6730 nəfər ölüb.

Nazir bildirib ki, sutkalıq xəstə sayı ən çox paytaxt Ankarada artıb, ağır xəstə sayı isə ölkə boyu artmaqda davam edir. //APA