Ərdoğan: “Məktəblərdə əyani təhsillə distant təhsil birlikdə olacaq”

 22:54 07.09.2020     520

“Valideynlərin seçiminə görə məktəbləri yeni tədris ilinə açıq elan etdik. Əyani təhsillə distant təhsil birlikdə olacaq”.

Redaktor. az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident Administrasiyasında keçirilən növbəti toplantısından sonra çıxış edərkən belə deyib.

Prezident yeni növ koronavirusla (COVID-19) mübarizədə daha yaxşı həll yolu tapılana qədər gigiyena, maska və sosial məsafə qaydalarına ciddi şəkildə əməl etmənin vacib olduğunu deyib: “Bir milyon 100 min səhiyyə işçimiz sağlamlığımızın keşiyində layiqincə durur. Lakin vətəndaşlarımız tədbirlərə düzgün əməl etməyincə xəstəliyə qalib gəlməmiz mümkün deyil. COVID-19-a gündəlik yoluxma sayını 100-dən aşağı düşürməliyik”.

Ərdoğan Türkiyədə kafe və restoranlarda qaydaların sərtləşdiriləcəyini, ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına yol verilməyəcəyini bildirib. //APA