Moskvada koronavirusdan daha 16 xəstə ölüb

 01:14 08.09.2020     318

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 16 nəfər dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4921-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 267 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 222,3 min xəstə isə sağalıb. //APA