Saakaşvili: İki il Gürcüstanın baş naziri ola bilərəm

 07:21 08.09.2020     459

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Vahid Milli Hərəkat Partiyasının (VMHP) onu Baş nazir vəzifəsinə rəsmən namizəd kimi irəli sürməsi qərarını alqışlayıb.

Redaktor.az xəbər verir ki, M. Saakaşvili maksimum 2 il Gürcüstanın Baş naziri vəzifəsində olacağını bildirib.

“Milli Hərəkat və digər siyasi qurumlar mənim Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyimi irəli sürüblər. Düşünürəm ki, bu funksiyanı öz üzərimə götürə bilərəm. Lakin hakimiyyətə gəlmək, yaxud ondan ötrü darıxıram deyə yox... Mən tam müddət ərzində Baş nazir olmayacağam. Maksimum 2 il... Çünki bu vaxt Gürcüstanı bataqlıqdan çıxarıb, sürətlə irəli aparmaq üçün bəs edəcək”. //Axar.z