"Taliban" 10 nəfəri girov götürüb

 14:10 08.09.2020     510

“Taliban” terror təşkilatının silahlıları Əfqanıstanın şimal-şərqindəki Pəncşir əyalətində azı 10 nəfəri girov götürüb.

Redaktor.az-ın məlumatına görə, bunu Əyalət Şurasının rəhbəri Əzmüddin Mirzəye bildirib.

Qeyd olunur ki, girov götürülənlər məscidə aparılıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib.

Girovların olduğu məscid mühasirəyə alınıb. Saxlanan şəxslərin azad edilməsi üçün əməliyyat hazırlanır. //Trend.az