Maska taxmayanlar tabuta qoyuldu – CƏZA

 00:10 09.09.2020     1158

İndoneziyada karantin rejiminə riayət etməyənlərə qarşı yeni cəzalandırma üsulu tətbiq edilib.

Redaktor.az xəbər verir ki, paytaxt Cakartanın şərq rayonlarında maska taxmayanlar bir neçə dəqiqəlik açıq tabutlara qoyulub.

Mənzərəni kənardan izləyən vətəndaşlara isə onlarla şəkil çəkdirmək icazəsi verilib. Şəkil çəkdirərkən cəza alanların üzlərini bağlaması qadağan olunub. //Axar.az

Vumart və Güvən reklamı Vumart Güvən