Çayda video çəkmək istəyən qadın öldü - VİDEO

Sosial şəbəkələrdə Rusiyanın Altay bölgəsində çayda boğularaq həlak olan turistin videosu yayılıb.
Redaktor.az xəbər verir ki, qadın internetdə paylaşım etmək üçün çaya baş vurub.
Lakin güclü axın onu sahildən suyun dərin hissəsinə aparıb və bir neçə dəqiqə sonra qadın suda boğularaq həlak olub.
Qadının meyitini sudan çıxarmaq hələ də mümkün olmayıb. //Ren TV