Daha 44 nəfər koronavirusa yoluxub - Gürcüstan

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 44 yoluxma halı qeydə alınıb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1773 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1321 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.