Vitse-prezidentə sui-qəsd olub - Əfqanıstan

 10:13 09.09.2020     2796

Kabildə Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd edilib.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı "TOLOnews" telekanalı yayıb.

Bildirilir ki, çərşənbə günü səhər Əfqanıstanın paytaxtında baş verən partlayış nəticəsində Əmrullah Saleh ciddi xəsarət almayıb.Hadisə ən azı 10 nəfərin ölümünə və bir o qədər də insanın yaralanmasına səbəb olub. Əmrullah Salehin üzü yüngül yanıb, əli zədələnib. //APA