Lukaşenko yeni Baş prokuror təyin edib

 13:47 09.09.2020     6114

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə yeni Baş prokuror təyin edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin qərarı ilə Belarusun Məhkəmə Ekspertizası Komitəsinin keçmiş sədri Andrey Şved ölkənin yeni Baş prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu postu 9 il Aleksandr Konyuk tutrdu. //APA