ABŞ İraqdan qoşunları çıxarır

 18:17 09.09.2020     201

ABŞ növbəti bir neçə həftə ərzində İraqdakı qoşunlarının 40 faizdən çoxunu çıxaracaq.

Redaktor.az-ın məlumatına görə, bunu Yaxın Şərq bölgəsindəki ABŞ qoşunlarının komandanı Kennet Makkenzi deyib.

O qeyd edib ki, sentyabrın sonunadək İraqdakı ABŞ hərbçilərinin sayı 5 200 nəfərdən 3 min nəfərədək azaldılacaq. Ölkədə qalan hərbçilər İraq ordusuna terrorçuluqla mübarizədə dəstək və məsləhət xidmətləri göstərəcək. //Trend