Türkiyədə daha 55 nəfər koronavirusdan ölüb - FOTO

 20:28 09.09.2020     212

Türkiyədə son sutka ərzində koronavirusdan daha 55 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 111 193 şübhəli koronavirus testindən keçib, onlardan 1673-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1181 nəfər olub, 943 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 284 943 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 254 188 nəfər sağalıb, 6837 nəfər ölüb.