CHP-nin sözçüsü koronavirusa yoluxub

 21:29 09.09.2020     215

Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Faik Öztrak koronavirusa yoluxub.

Redaktor.az xəbər verir, bu barədə Faiq Öztrak özünün "Twitter" səhifəsində yazıb.

COVID-19 testinin pozitiv çıxdığını qeyd edən CHP sözçüsü səhhətinin normal olduğunu, bir neçə həftə evdən fəaliyyət göstərəcəyini bildirib.

F. Öztrak yaxın günlərdə onunla maskasız ünsiyyətdə olan hər kəsin müayinədən keçməsini xahiş edib. //APA