Somalidə partlayış törədilib ÖLƏNLƏR VAR

 21:29 09.09.2020     223

Somalinin paytaxtı Moqadişo şəhərində baş verən partlayış nəticəsində ilkin məlumata görə, azı 3 nəfər ölüb, 7 nəfər də yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə prezident və baş nazirin iqamətgahlarının yaxınlığındakı bir restoranda baş verib.

Hələlik bu hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.//Report