Ukraynada İŞİD liderlərindən biri saxlanıldı - FOTO

 23:15 09.09.2020     433

Ukraynanın paytaxtı Kiyevdə Təhlükəsizlik Xidmətinin əməkdaşları İnterpol xətti ilə beynəlxalq axtarışda olan İŞİD liderlərindən birini yaxalayıb.

Redaktor.az xəbər verir ki, cinayətkarın postsovet ölkələrindən birindən gəldiyi və İŞİD rəhbərliyinin üzvü olduğu bildirilir.

Saxlanılan şəxsin bir vaxtlar 2016-cı ildə Atatürk Beynəlxalq Hava Limanında terror hücumu təşkil etməkdə şübhəli bilinən çeçen radikal islamçı Əhməd Çatayevin köməkçisi olduğu təsbit edilib. O, Suriya və İraqda döyüş əməliyyatlarında iştirak edib, silahlıların seçilməsi və təlimləri ilə məşğul olub, terror hücumları təşkil edib.

Hazırda terrorçunu 40 sutkalıq həbs gözləyir. Ekstradisiya yoxlama proseduru başlayıb. //Qafqazinfo

2222
Vumart və Güvən reklamı Vumart Güvən