Ermənistanda onlarla insan zəhərlənib, 4 nəfər kor olub

 00:14 10.09.2020     402

Avqustun 31-dən sentyabrın 9-dək olan dövrdə Ermənistanda alkoqollu içkidən 46 zəhərlənmə hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Qeyd edilir ki, həmin hadisələrdən 18-i ölümlə nəticələnib.

Zəhərlənmə hadisələrinin 29-u Armavir əyalətində (10 ölüm hadisəsi) qeydə alınıb. Daha 15 nəfər Yerevanda (7 ölüm), 2 zəhərlənmə isə Kotayksk əyalətində (1 ölüm) baş verib. Bu dövrdə müxtəlif tibb müəssisələrində 28 zərərçəkən müalicə alıb, onlardan 22-i evə buraxılıb. Qeyd edilir ki, zəhərlənənlərdən 4-ü kor olub.

Hazırda 5 pasiyentin müalicəsi davam edir. //Report