Sabiq spiker koronavirusa yoluxub - Türkiyə

 16:18 10.09.2020     1519

Türkiyə parlamentinin sabiq spikeri və keçmiş baş nazir müavini Bülənt Arınç koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, bu barədə siyasətçi öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, xəstəxanada verdiyi koronavirus testi müsbət nəticələnib. Bundan başqa, B.Arınçın həyat yoldaşında da virus aşkar edilib.

Onların müalicəsinin evdə, həkim nəzarətində davam edəcəyi bildirilib. //Trend