Polis karantin qaydalarını pozan şəxsi öldürdü - VİDEO / KOLUMBİYA

Kolumbiyanın paytaxtı Boqotoda karantin qaydalarını pozan şəxs polislərin şiddətinə məruz qalıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, küçədə dostları ilə oturan 46 yaşlı Kavier Humberto sosial məsafə qaydaların pozduğu üçün polislər tərəfindən saxlanılıb. Elektorşok tapançasından istifadə edən edən polislərin K. Humbertonun yalvarışlarına baxmayaq, ona dəfələrlə şok verdiyi məlum olub. Nəticədə sözügedən şəxs polis bölməsinə çatmadan ölüb.
Faktla bağlı istintaq işi aparılır.
Lalə Cəfərli / Redaktor.az