Tehranda güclü partlayış olub: ÖLÜ VƏ YARALILAR VAR / FOTO

 19:38 11.09.2020     65

İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış olub.

Redaktor.az-ın məlumatına görə, partlayış nəticəsində 20 binaya ciddi ziyan dəyib.

Nəsimşəhr meriyasının mətbuat xidmətinin rəhbəri Kiyan Kərimi deyib ki, partlayışın səbəbi araşdırılır. İlkin məlumata görə, partlayış akkumulyator satış mağazasında olub.

Hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayışda 30 avtomobilə ziyan dəyib.

Partlayış yerli vaxtla saat 16-da baş verib.

//Trend

1

1

1

1