Bu deputatın oğlu həbs edildi

 20:12 11.09.2020     64

Moskvanın Doroqomilovski məhkəməsi Dövlət Dumasının deputatı Murad Hacıyevin oğlu Əbdülhəmid Hacıyevi xuliqanlıq maddəsi ilə həbs edib.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə məhkəmədən bildirilib. Qeyd edilib ki, Əbdülhəmid Hacıyev haqqında oktyabrın 24-dək həbs qətimkan tədbiri seçilib. O, Rusiya Cinayət Məcəlləsinin 112-ci – bir qrup şəxs tərəfindən xuliqanlıq məqsədi ilə qəsdən sağlamlığa ziyan vurma maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Murad Hacıyev Dumaya Dağıstandan millət vəkili seçilib. O, “Vahid Rusiya” fraksiyasına daxildir. //Qafqazinfo