Türkiyədə sutka ərzində 56 nəfər öldü - KORONAVİRUSA GÖRƏ

 20:35 11.09.2020     67

Türkiyədə son sutka ərzində koronavirusdan daha 56 nəfər ölüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, son 24 saatda 112 213 şübhəli koronavirus testindən keçib, onlardan 1 671-nin cavabı pozitiv çıxıb. Ağır xəstə sayı 1 223 nəfərdir, 1 117 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 288 126 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 256 524 nəfər sağalıb, 6 951 nəfər ölüb.