Aİ-nin büdcəsi 6,2 milyard avro artırılıb

 21:28 11.09.2020     96

Avropa İttifaqı (Aİ) Şurası pandemiya ilə əlaqədar təcili xərcləri maliyyələşdirmək məqsədilə İttifaqın 2020-ci il üçün büdcəsini 6,2 milyard avro artırmaq barədə qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ Şurasının cümə günü yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu vəsaitdən 1,09 milyard avro peyvəndlərin əvvəlcədən sifariş edilməsinə yönəldiləcək. Avropa Komissiyası sınaqları hələ başa çatmayan peyvəndlərin əvvəlcədən sifarişlərini təşkil etmək üçün altı əczaçı şirkətlə danışıqlar aparıb. Aİ-nin əsas təchizatçısı ciddi yan təsirlər səbəbindən bu həftənin əvvəlində Britaniya, Braziliya, ABŞ, Cənubi Afrika və Yaponiyada peyvənd sınaqlarını dayandıran “AstraZeneca” şirkəti olmalıdır.

Digər 5,11 milyard avro pandemiyanın iqtisadi nəticələrinin aradan qaldırılmasına sərf ediləcək.

Aİ-nin 2020-ci il üçün büdcəsi 168,7 milyard avrodur. //Report