Koronavirusla bağlı SON STATİSTİKA

 09:33 12.09.2020     328

Dünyada 28 milyon 659 min 615 nəfərdə koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə onlayn statistikasında qeyd olunur.

Virusdan ümumilikdə ölənlər 919 min 715, sağalanlar 20 milyon 585 min 981 nəfər təşkil edir.

Virusa yoluxma halı ən çox Asiya qitəsindədir. Qitədə 8 milyon 359 min 604 nəfər virusa yoluxub, 160 min 773 xəstə ölüb, 6 milyon 741 min 743 nəfər sağalıb.

Ölkələr arasında virusa yoluxma sayına görə öndə olanlar 6 milyon 636 min 247 yoluxma ilə ABŞ, 4 milyon 659 min 984 yoluxma ilə Hindistan, 4 milyon 283 min 978 yoluxma ilə Braziliya, 1 milyon 51 min 874 yoluxma ilə Rusiyadır.

İranda 397 min 801, Türkiyədə 288 min 126, Ermənistanda 45 min 503, Gürcüstanda 1917 nəfərdə koronavirusa yoluxma müşahidə edilib.

Azərbaycanda koronavirusun aşkar olunduğu 38 min 37 nəfərin 557-si ölüb, 35 min 440-ı sağalıb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən