Gürcüstanda yoluxanların sayı kəskin artdı - COVID-19

 11:26 12.09.2020     83

Gürcüstanda koronavirusa yoluxma halları kəskin şəkildə artıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində ölkədə 158 yeni yoluxma qeydə alınıb. Bu, pandemiya başlayandan Gürcüstanda qeydə alınan ən yüksək göstərici olub.

Əvvəlki gün 87 nəfərin yoluxduğu açıqlanmışdı.

Ümumilikdə, bu günədək ölkədə virusa yoluxanların sayı 2 075 nəfərə çatıb. 19 nəfər ölüb, 1 363 nəfər sağalıb.