Koronavirusla bağlı dünyanı sarsıdan ETİRAF

 13:14 12.09.2020     61

Dünyanı cənginə alan koronavirus üzərində araşdırma aparan ilk alimlərdən biri olan və epidemiyanı dünyaya elan etmək üçün ABŞ-a qaçan çinli virusoloq Li-Meng Yan gündəmi sarsıdan etiraf edib. 

Redaktor.az-ın məlumatına görə, çinli həkim koronavirusun insan tərəfindən yaradıldığını deyib. "Elm adamlarından ibarət komandamla ilk hesabatımı hazırlamışıq və çox yaxında dünya ilə paylaşacağam. Detallı sübutlarla bu virusun nə üçün təbiətdən, heyvanlardan gələn bir şey olmadığını göstərəcəyik".

Li-Meng Yan "Fox News"a verdiyi açıqlamada bildirib ki, virusun yayılmasını erkən dayandırmaq mümkün olsa, həyatı xilas etmək mümkün olacaq. "Onsuz da çox gecikmişik, artıq zamanımız yoxdur". 

Xatırladaq ki, adıçəkilən virus ilk dəfə ötən ilin dekabr ayında Çində - Uhan şəhərində meydana çıxıb. Qısa müddət ərzində dünyaya yayılan virus 900 mindən artıq insanın ölümünə səbəb olub. Dünya ölkələri aylardır karantin rejimindədir. //Baku.ws