Dünya ölkələrində dərslər hansı qaydada keçiriləcək?

COVID-19 virusu tədris və təlim-tərbiyə prosesinin keçirilmə qaydalarına da təsir göstərib. Bu təsirlər dünya ölkələri üzrə biri-birindən fərqlənir. Artıq dünyanın bir çox ölkələrində təhsil müəssisələri yenidən fəaliyyətə başlayıb və ölkələr üzrə dərs prosesi özünəməxsus qaydalarda həyata keçirilir.
Redaktor.az koronavirusla bağlı dünya ölkələri üzrə tədris və təlim-tərbiyə prosesində tətbiq edilən qayda və qanunları təqdim edir:
İspaniya
Şagirdlər gün ərzində əllərini ən azı 5 dəfə yumalı, oturacaqlar arasında sosial məsafəyə riayət etməli və məktəbə daxil olan hər kəsin hərarəti ölçülməlidir.
Çin
Uşaqlar və müəllimlər dərs müddətində maska taxmalıdır və onların ictimai nəqliyyatdan istifadə etməsi qadağandır.
İngiltərə
Siniflər üzrə dərslərarası fasilələr fərqli vaxtlarda keçirilməli və uşaqlar daim maskadan istifadə etməlidir.
ABŞ
Təhsil müəssisəsinə daxil olan müəllim və şagirdlərin hərarəti ölçülməli, nahar fasiləsi növbəli və kiçik qruplar şəklində həyata keçirilməlidir.
Serbiya
Dərslər 15 nəfərlik qruplarda, 30 dəqiqə müddətində keçirilməlidir. Hər 15 gündən bir isə mövcud vəziyyət analiz edilməlidir.
Almaniya
Tələbələr və müəllimlər açıq və qapalı obyektlərdə maska taxmalı, otaqların qapı və pəncərələri daim açıq qalmalıdır.
Fransa
İbtidai siniflərdə dərslər 8-15 nəfərlik qruplarda keçirilməli və uşaqlar yarım gün evdə, yarım gün məktəbdə təhsil almalıdır.
İran
Ölkədə koronavirusla bağlı önləyici tədbirlərin yetərsiz olması insanlar arasında narazılığa səbəb olub. Bundan sonra isə dövlət tərəfindən qəbul edilən qərara əsasən məktəbə getmək könüllü xarakter alıb.
Polşa
Məktəbədə maska taxmaq məcburi deyil və övladını məktəbə göndərməyən valideynlər 10 min zloti (təqribən 4.500 AZN) məbləğində cərimə ödəməlidir.
Lalə Cəfərli / Redaktor.az