Britaniyada koronavirusa daha 3 497 nəfər yoluxub

 00:55 13.09.2020     301

Böyük Britaniyada yeni növ koronavirusa (COVİD-19) daha 3497 nəfər yoluxub.

Redaktor.az xəbər verir ki, ölkədə koronavirusa yoluxma hallarının sayı iki gündür 3 mindən aşağı, bir həftədir isə iki mindən aşağı düşmür.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 365 min nəfəri ötüb. 

Bildirilir ki, son sutka ərzində koronavirusdan 9 nəfər ölüb, ölənlərin ümumi sayı 41 min 623 nəfər təşkil edir.