Ananın gözü qarşısında DƏHŞƏT: Uşağını oğurlamaq istədilər / VİDEO

Yanlarında uşaq olan iki qadın restoranda oturub nahar edirlər. Bu zaman naməlum gənc hasardan tullanaraq cəld onlara yaxınlaşır və uşağı qaçırmağa çalışır.
Redaktor.az-ın məlumatına görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.
Kadrlarda qadının masanın üstündən əyilərək oğruya mane olmağa çalışdığı görünür.
Hadisə yerinə polis çağırılıb. 24 yaşlı gənc saxlanılıb. Hadisənin səbəbləri araşdırılır. //Oxu.az